Ərinə psixotrop maddə aparan qadın ələ keçdi - FOTO

Ərinə psixotrop maddə aparan qadın ələ keçdi - FOTO
Hadisə 422
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.Bu barədə BAKU.WS-ə Penitensiar Xidmətdən məlumat daxil olub. Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə “metamfetamin” aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məhkuma gətirilən ayaqqabının içərisində telefon çıxdı

Məhkuma gətirilən ayaqqabının içərisində telefon çıxdı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon apara...

412 Hadisə 18:59 08 oktyabr 2019

Son xəbərlər