Ər iki oğlunun gözü qarşısında arvadının başını kəsdi - TƏFƏRRÜATLAR - VİDEO
31
may
2019
14:49
Dünən Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində insanları dəhşətə salan qətl hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, 42 yaşlı Vüsal Məmmədov binanın girişində (blokda) iki azyaşlı oğlunun gözü qarşısında 41 yaşlı həyat yoldaşı Fəridə Məmmədova İsmayıl qızının başını kəsib.O, cinayəti işlətdikdən sonra qaçıb.Ailə 4-cü mərtəbədə yaşadığından qadının meyidini həyətdə görənlər onun öldürülərək 4-cü mərtəbədən aşağı atıldığını ehtimal edilib. Əslində isə hadisə belə olub; qadın ərinin onun öldürmək istədiyini anlayaraq evdən qaçıb, lakin blokdan çıxan zaman əri onu tutub qətlə yetirib. Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin qısqanclıq, daha dəqiq desək qadının xəyanəti üzündən törəldildiyi barədə ifadələr yazıllıb. Lakin ailəni yaxından tanıyan insanlar elə sosial şəbəkədə yazılanlara etiraz ediblər. Onlar mərhumun əxlaqlı və evdar xanım olduğunu qeyd ediblər.Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 1978-cı il təvəllüdlü F.Məmmədovanı öldürməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa təhvil verilib. Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO
Səudiyyə Ərəbistanının Mədinə şəhərində dəhşətli cinayət baş verib.BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, taksi sürücüsü dini zəmində taksi sürücüsü...