Azərbaycanda ŞOK OLAY: İnsanların gözü önündə arvadının başını kəsirdi

25
yan
2018
19:59
Göyçay rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, rayonun Kürdəmiş kənd sakini olan 42 yaşlı Rəşad Həşimov həyat yoldaşı, 31 yaşlı Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayandan sonra onun başını kəsməyə çalışıb.İlkin araşdırma zamanı məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan R.Həşimova ətrafdakı insanlar mane olub. Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisədən sonra bıçaqla özünə ağır xəsarət yetirən R.Həşimov da həmin xəstəxanaya aparılıb.BAKU.WS

Oxşar xəbərlər
Bakıdakı dəhşətli qətlin səbəbi: arvadının başını niyə kəsdi?
Ötən gecə Bakının Binəqədi rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 52 yaşlı Rasim Çəltikovun həyat yoldaşı...