Cabbarov qardaşının qatilinin başını kəsmək istədi – VİDEO
28
okt
2017
14:38
Bərdədə 37 yaşlı kişi bıçaqlanıb. APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, Məmmədov Xaliq Qərib oğlunu onun 2008-ci ildə qətlə yetirdiyi şəxsin qardaşı, 1989-cu il təvəllüdlü Mövlan Adil oğlu Cabbarov bıçaqlayıb. Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, Mövlan Cabbarov artıq polisə təslim olub. Hadisə rayonun Dəymədağlı kənd məzarlığında baş verib. Kənd sakinlərindən birinin dəfni zamanı Mövlan Cabbarov 9 il əvvəl qardaşını öldürən Xaliq Məmmədovla qarşılaşıb. Ona bədəninin müxtəlif nahiyələrindən bıçaqla xəsarət yetirdikdən sonra başını boyun nahiyəsindən kəsməyə çalışıb. Həmkəndlilərin müdaxiləsindən sonra yaralı Bərdə Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən xəbərə görə, Xaliq Məmmədov xəstəxanaya daxil olduğu zaman çoxlu sayda bıçaq yarasından xeyli qan itirib. Cərrahiyyə əməliyyatı yolu ilə onun ağız, qulaq və boyun nahiyəsindəki bıçaq yaraları tikilib, daxili qanaxmanın qarşısı alınıb. Lakin hələ də həyati təhlükəni adlada bilməyib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
15 yaşlı yeniyetmə 27 yaşlı gənci öldürdü
Şəmkirdə 27 yaşlı gənc bıçaqlanıb. BAKU.WSAPA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü qəsəbə sak...