Emin Ağalarov "Sea Breeze"də baş verən hadisə ilə bağlı açıqlama yaydı
Ötən gün Nardaranda yerləşən "Sea Breeze" istirahət mərkəzində hovuzda su nasosunda sıxılı vəziyyətdə qalan 4 yaşlı Abdullayev Akif Cavid oğlu vəfat edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı iş adamı Emin Ağalarov şəxsi instaqram hesabında paylaşım edib.
O, faciə nəticəsində həyatını itirən uşağın ailəsinə başsağlığı verib və araşdırmanın aparıldığını bildirib:
"Şəxsən öz adımdan və bütün "Sea Breeze" komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir məqamda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirəcək söz yoxdur.
Hazırda hadisənin bütün hallarını, o cümlədən uşağın hovuzun texniki zonasına necə daxil olduğunu və qoruyucu hasarların arxasında yerləşən su nasoslarının olduğu əraziyə necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır. Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək göstəririk.
Uşaqların və böyüklərin təhlükəsizliyi hər zaman "Sea Breeze" üçün mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və müvafiq xidmətlər tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.
Baş verənlərlə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
"Sea Breeze" komandası və şəxsən mən ailəyə lazım olan bütün dəstəyi və yardımı göstərəcəyik".
Oxşar xəbərlər
Tərtər sakini yanaraq öldü
Tərtər rayonunda dəhşətli hadisə baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban...