Əli Kərimlinin həbs müddəti uzadıldı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində DTX-nin müstəntiqlərinin vəsatəti əsasında Ə.Kərimli barəsində seçilmiş həbs qətimkan müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini daha 4 ay müddətinə uzadıb.
Qeyd edək ki, Ə.Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər) maddəsi üzrə ittiham verilib.
Oxşar xəbərlər
Masallıda meşə yanğını olub - ANBAAN GÖRÜNTÜLƏR
Ötən gecə Masallıda meşə yanğını baş verib. BAKU.WS-in məlumatına görə, hadisə Masallı Sənaye Məhəlləsinin yaxınlığında qeydə alınıb. Məsələ ilə bağlı Fövqəladə...