"Qardaşım ölməyib, sağdır" - Əhəd Abıyev
Yeniliklərdən dərhal xəbərdar olun
Əhəd Abıyev qardaşının vəfat etməsi xəbərini təkzib edib.
BAKU.WS xəbər verir ki, o, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qardaşı uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir:
"Əvvəl Türkiyədə, bu günlərə kimi isə Azərbaycandakı xəstəxanaların birində müalicə alıb. İndi isə ev şəraitində müalicəsi davam edir. Amma qardaşım ölməyib, sağdır. Bilmirəm ki, bu cür yalan məlumatları niyə yayırlar".
Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
***10:23
Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.
BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, onun qardaşı Nadir Abıyev 73 yaşında vəfat edib.
N.Abıyevin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Yeraltı keçidin yanından qaçaraq keçdi, avtomobil vuraraq öldürdü
Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarə...