DTX-nin tutduğu icra başçısı kimdir? - DOSYE
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Təhlükəsizlik Xidmətinin bu gün Biləsuvar rayonu İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi barədə xəbər yayılıb.
BAKU.WS saxlanılan icra başçısı Mahir Quliyevin dosyesini təqdim edir:
Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ali təhsillidir. "Naxçıvan" universitetini bitirib. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb.
2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub.
08.09.2006-26.04.2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
26 aprel 2011-ci il tarixdə ölkə başçısının sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Oxşar xəbərlər
DTX-nin həbs etdiyi icra başçısının yüksək vəzifəli məmur oğlu kimdir?
Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) xüsusi əməliyyat həyata keçirərək Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevi həbs edib. Hələlik baş verənlərlə b...