DSX hərbçilərinin düşdüyü qəzada yaralananların SİYAHISI
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının düşdüyü qəzanın təfərrüatı və yaralanan hərbçilərin adları məlum olub.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, DSX-yə məxsus UAZ-ın çırpıldığı yük maşını işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə məşğul olan “Kalyon RSY” şirkətinə məxsus olub.
Belə ki, N saylı hərbi hissənin giziri, 1995-ci il təvəllüdlü Pərviz Qaraşovun idarə etdiyi xidməti avtomobil Cəbrayılın Şükürbəyli kəndində hərəkətdə olarkən şirkətə məxsus olan və Ucar sakini, 1963-cü il təvəllüdlü Etibar Muradovun sürdüyü “Howo” markalı yük maşını qəfil onun qarşısına çıxıb.
Nəticədə sərhədçilərin olduğu avtomobildə olan hərbçilər:
Gizir, 1995-ci il təvəllüdlü Pərviz Qaraşov;
Baş çavuş, 1998-ci il təvəllüdlü Elmir Abbasov;
Baş çavuş, 1988-ci il təvəllüdlü Elşən Kərimov;
Baş çavuş, 1985-ci il təvəllüdlü Bəhruz Nəzərov;
Gizir, 1992-ci il təvəllüdlü Faiz Mürşüdov;
Kiçik gizir, 2001-ci il təvəllüdlü Asif Dünyamalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq, baş çavuş Abbasov Elmir Sakit oğlunun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Cəbrayıl rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, son günl...