DSMF-in binasında yanğın (VİDEO)

DSMF-in binasında yanğın (VİDEO)
Video
Hadisə 3323
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, yanğın Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında olub. Saat 14:07-də yanğın söndürülüb. İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər