DİQQƏT: Bakıda yeni dələduz peyda olub
Bakıda yeni dələduzluq üsulu ortaya çıxıb.
BAKU.WS-in redaksiyasına daxil olan məlumata görə, internetdə əldə satılan malları oğurlamaqla məşğul olan oğrular peyda olub. İnsanları çox professional yollarla aldadaraq mallarını oğurlayan dəstə indiyə kimi onlarla insana zərər vurub.
Şikayətçilərin redaksiyamıza müraciətində qeyd edilir ki, insanları aldanan oğrular bir neçə üsuldan istifadə edir: "Zəng edirlər ki, həyat yoldaşıma yaxud bacıma hədiyyə almaq istəyirəm, telefonu yaxud notbuku filan məhəlləyə gətir. Sonra deyir ver aparım bacım, yaxud həyat yoldaşım baxsın. Rəngi ya görünüşünü bəyənərlərsə alıram. Malı aldıqdan sonra həmin obyektin arxa qapısından, əgər binadırsa arxa girişdən və ya damdan digər binanın girişinə keçərək qaçırlar. Hətta 1-ci mərtəbədə ev kiraləyərək evə daxil olub pəncərəsindən qaçırlar".
Zərər çəkmişlər polisə müraciət ediblər. Fotoda olan Ozal Orduxanlı barədə tədbir görüləcəyi gözlənilir.
Bu məlumatı maksimum paylaşın ki, zərər çəkənlər olmasın.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda icbari sığortadan milyon qazanan dələduzlar
Avtomobil sığorta bazarında yeni dələduz sığorta agentləri peyda olub. BAKU.WS-in məlumatına görə, avtombil icbari sığortasını bir ay öncədən yazmaq mümkündür...