Dostunun şəhid olmasında özünü günahkar sayan şahid: "Hər il 20 Yanvarda eyni ağrını yaşayıram"
"İlqarı evdən çölə çıxartdığıma görə peşmanam, hər il 20 Yanvar günü eyni ağrını yenidən yaşayıram".
Baku TV-nin məlumatına görə, bu sözləri 20 Yanvar faciəsinin şahidi Zakir Qurbanov deyib. O, dostunun ölümünə görə özünü günahkar saydığını bildirib.
Z.Qurbanovun sözlərinə görə, faciənin baş verdiyi gün dostları İlqar və Pərvizlə birlikdə "Zaporojets" markalı avtomobillə əraziyə odun aparmaq üçün yola çıxıblar.
"İlqarı edən çölə çıxartdığıma görə peşmanam, hər il 20 Yanvar günü eyni ağrını yenidən yaşayıram".
Baku TV-nin məlumatına görə, bu sözləri 20 Yanvar faciəsinin şahidi Zakir Qurbanov deyib. O, dostunun ölümünə görə özünü günahkar saydığını bildirib.
Z.Qurbanovun sözlərinə görə, faciənin baş verdiyi gün dostları İlqar və Pərvizlə birlikdə "Zaporojets" markalı avtomobillə əraziyə odun aparmaq üçün yola çıxıblar.
Şahid bildirib ki, odun yığarkən tanışları Nazim də avtomobillə gəlib və onları "Qələbə dairəsi" istiqamətinə aparmağa razılaşıb. Yolda olarkən gördükləri qırmızı işıqları əvvəlcə fişəng zənn etsələr də, daha sonra bunun işıqsaçan güllə olduğunu anlayıblar.
"Qələbə dairəsi"nə yaxınlaşanda tankın yük maşınını əzdiyini görüblər. Bir qədər sonra isə tank onların avtomobilinə tərəf yönəlib. Təhlükəni hiss edən Zakir Qurbanov maşından atılıb, dostları da düşməyə çalışıblar.
Tank avtomobilin üzərindən keçsə də, onlar möcüzə nəticəsində sağ qalıblar. Onlar hadisədən sonra qaçaraq ərazidən uzaqlaşmağa çalışıblar. Bu zaman atəş yenidən intensivləşib. Zakir İlqarın ayaqlarının bir-birinə dolaşdığını görərək onu qucaqlayıb və əlləri gödəkçəsinin üzərindəki qana dəyib.
Şahid bildirib ki, təsadüfən yoldan keçən "QAZ-24" markalı avtomobil onları götürərək "Semaşko" xəstəxanasına aparıb. Bir az sonra isə İlqarın həyatını itirdiyi məlum olub.
Oxşar xəbərlər
"Üstlərindən tanklarla keçdilər" - 20 Yanvar faciəsinin şahidi yaşadığı dəhşəti danışdı
"Sovet ordusunun törətdiyi vəhşiliklərin canlı şahidi olmuşam". Bu sözləri Baku TV-yə 20 Yanvar faciəsinin şahidi Vaqif Kərimli deyib. Hadisə şahidi həmin gecə...