Bakı-Qazax avtomobil yolunda ağır qəza - 3 nəfər ölüb

Bakı-Qazax avtomobil yolunda ağır qəza - 3 nəfər ölüb
Foto
Hadisə 109

Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazxirliyindən (DİN) məlumat verilib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir.

Bakı-Qazax avtomobil yolunda ağır qəza - 3 nəfər ölüb

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər