Dörd rayonda ağaclar kəsilib, sənədlər Baş Prokurorluğa göndərilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Lənkəran, Biləsuvar, Xaçmaz və İsmayıllı rayonları ərazisində ağacların qanunsuz kəsildiyini müəyyən edib.
Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Lənkəran rayonu, Günəhir bələdiyyəsinin mülkiyyətində olan ərazidə vətəndaş Fikrət Fərəczadə, Biləsuvar rayonu, Arazbari kəndinin ərazisində “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC, Xaçmaz rayonu, Bayoba bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində Xıdır Qurbanov, İsmayıllı rayonu, Zoğallıq bələdiyyəsinin mülkiyyətində olan sahədə isə İsfahan Əzizov tərəfindən kəsildiyi məlum olub.
Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Oxşar xəbərlər
“Neolit”in rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib
Bakıda məşhur restoranın rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib. Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Belə ki, Xi...