DİN-dən 17 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi Qax rayonunda baş verən qətllə bağlı açıqlama yayıb.
BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov “Report”un Şimal-qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, hazırda 17 yaşlı qızın qətlində şübhəli bilinən şəxs və şəxslər axtarılır.
Mahir Məsimov əlavə edib ki, dünən saat 19 radələrində 2005-ci il təvəllüdlü A. Papiaşvilinin kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş, deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.
“Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib, hazırda hadisəni törədən şəxs və yaxud şəxslərin tutularaq istintaqa təhvil verilmələri istiqamətində əməliyyat - istintaq tədbirləri davam etdirilir”.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...