Dirək var, işıq yoxdur - Sakindən ŞİKAYƏT
03
iyn
2025
14:57
Abşeron rayonunun Qobu qəsəbəsində, Çingiz Mustafayev küçəsində yaşayan sakinlər narazıdırlar.
Bu barədə şikayətlə BAKU.WS-in "qaynar xətti"nə sakin Neymət Mürsəlov məlumat verib.
O bildirib ki, əraziyə işıq dirəkləri quraşdırılsa da işıqlandırma sistemi tam işə salınmayıb. Nəticədə küçə gecələr qaranlığa qərq olur. Sakinlər həmçinin yol problemindən də əziyyət çəkirlər.
"Dəfələrlə bu barədə müvafiq qurumlara şikayət etmişik. Lakin dərdimizə çarə olan yoxdur", - deyə şikayətçi vurğulayıb.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Badamdar yolunu su basdı
Ötən axşamdan başlayaraq yağan yağış Badamdar yolunda hərəkəti çətinləşdirib. Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, yağış...