Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
16
sen
2026
16:49
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 19-20 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.
Bu barədə BAKU.WS-ə ADY-dən məlumat verilib.
Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
Oxşar xəbərlər
AZAL Astanada regional biznes sammitlərinə qatılıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 8–10 sentyabrda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş regional biznes sammitlərində iştirak edib. BAKU.WS xəbər verir k...