DİN-dən yayılan səs yazıları ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər sosial şəbəkələrdə uşaqların oğurlanması ilə bağlı narahatedici səs yazıları yayılıb.
BAKU.WS xəbər verir ki, iddialara görə, Bakının Hövsan qəsəbəsi və Qubada bir neçə uşağın oğurlandığı, daha sonra isə orqanlarının çıxarıldığı bildirilir.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyini Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır:
"Həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb.
Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar."
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...