DİN-dən azyaşlının döyülərək görüntüsünün paylaşılması ilə bağlı AÇIQLAMA
Sumqayıtda azyaşlı qız döyülüb, videoya çəkilib, görüntülər sosial şəbəkədə paylaşılıb.
BAKU.WS xəbər verir ki, hadisənin Sumqayıt ərazisində baş verdiyi və həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli BAKU.WS-ə bildirib ki, sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır:
"Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir".
Oxşar xəbərlər
İnfarktdan ölmədi, tüstüdən boğulub öldü: Əhmədlidəki yanğının təfərrüatı
Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə baş verən yanğın təfərrüatı məlum olub. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, ya...