Dilarə Əliyevadan xəstəxanaya yerləşdirilən qardaşının səhhəti ilə bağlı AÇIQLAMA
Əməkdar artist Dilarə Əliyeva aktyor qardaşı Vüsal Murtuzəliyevin səhhətindən danışıb.
BAKU.WS xəbər verir ki, aktrisa qardaşının hazırda yaxşı olduğunu bildirib:
"Vəziyyəti qənaətbəxşdir. Kompüter Tommoqrafiyasının cavabı göstərdi ki, yüksək təzyiqdən bir az qansızma olub.
Dünən reanimasiyada idi, müdaxilə edildi. İndi xəstəliyin dinamikası izlənilir. Narahat olmayın, həkimlərimiz sağ olsun, nəzarətdədir".
Xatırladaq ki, ötən gün aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb. Onun beyninə qan sızıb və təcili olaraq xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Oxşar xəbərlər
Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü
Quba rayonunda avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada həyatını itirib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Bəhrəli kəndi əraz...