Dayısının həyat yoldaşını öldürən yeniyetmənin axtarışları davam etdirilir

Dayısının həyat yoldaşını öldürən yeniyetmənin axtarışları davam etdirilir
Hadisə 25

Cəlilabadda dayısının həyat yoldaşını öldürən yeniyetmə hadisə yerindən qaçıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Anar Əzizovun psixoloji problemlərinin olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Anar Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Hadisə baş verən vaxt onun dayısı evdə olmayıb.

İlkin məlumata görə, A. Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı, S. Cəfərovaya hücum edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə yerindəcə həyatını itirib. Qanlı hadisə vaxtı evdə mərhumun iki azyaşlı övladı da olub. Məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***22:20

Cəlilabad rayonunda qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Anar Əzizov 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı kəsici alətlə öldürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, S. Cəfərova A. Əzizovun dayısının həyat yoldaşı olub.

***18:36

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif bədən xəsarətləri yetirib.

Nəticədə qadın hadisə yerində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər