Dayanacaqda baş verən qəzada ölən və yaralıların adı açıqlandı

22
dek
2016
13:30
Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
DİN-ə istinadən verilən məlumata görə, dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşviq Şıxəliyev idarə etdiyi "Daewoo" markalı 20 saylı xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS

Oxşar xəbərlər
Bakıda avtobus dayanacağa girdi: ölən və yaralananlar var
Bakıda sərnişin avtobusu qəza törədib, ölən və yaralanan var. "Report"un xəbərinə görə, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb. Belə...