Daxili Qoşunların əməkdaşı yol qəzası nəticəsində ağır xəsarət alıb

Daxili Qoşunların əməkdaşı yol qəzası nəticəsində ağır xəsarət alıb
Hadisə 931

Bu gün səhər saatlarında Nərimanov rayonu, "Çermet" körpüsünün üstündə ağır yol qəzası baş verib.

BAKU.WS-nin SalamNews-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində taksi avtomobili ilə işə gedən zaman Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında qulluq edən Yusifov Elzar Süleyman oğlu və mülkü şəxs Mirzəyev Elsəvər Rasim oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılardan Elzar Yusifov təcili yardım stansiyası əməkdaşlarının köməkliyi ilə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Daxili Qoşunların mətbuat xidməti SalamNews-a faktı təsdiq edib.

Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Arzu Mirzəyeva 

BAKU.WS

Oxşar xəbərlər

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində yeni təyinat

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində yeni təyinat

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub. BAKU.WS-nin APA-ya istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-...

2254 Sosial 17:10 13 fevral 2017

Son xəbərlər