İdarəetməni itirən “Mercedes” ağaca çırpıldı: 4 yaralı – VİDEO

İdarəetməni itirən “Mercedes” ağaca çırpıldı: 4 yaralı – VİDEO
Video
Hadisə 2778
Zaqatalada 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. ARB TV xəbər verir ki, Balakən rayonu Gərəkli kənd sakini 32 yaşlı Teymur Xipiyev “Mercedes” markalı minik avtomobili ilə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala rayonunun ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü Teymur Xipiyev, onun sərnişinləri Balakən rayon sakinləri 41 yaşlı Novruz Əlirzayev, 33 yaşlı Sərxan Mirzəyev və 47 yaşlı İlyas Şirinov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.BAKU.WS

Oxşar xəbərlər

DƏHŞƏT! İdarəetməni itirən maşın ağaca çırpıldı – VİDEO

DƏHŞƏT! İdarəetməni itirən maşın ağaca çırpıldı – VİDEO

Zaqatalada iki nəfər Qax sakinin xəsarəti ilə nəticələnən yol qəza hadisəsi baş verib.ARB Şəki xəbər verir ki, gecə saatlarında Zaqatala-Qax avtomobil yolunun Z...

1239 Hadisə 15:32 27 aprel 2018

Son xəbərlər