Daşkənd Kərimovu son mənzilə yola saldı - VİDEO
03
sen
2016
08:27
Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın "Cənub" hava limanına aparılıb. Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.
İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.
Oxşar xəbərlər
İslam Kərimov vəfat etdi
Beyninə qan sızan Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. BAKU.WS-in məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd edək ki, Ö...