Rus general Türkiyəni hədələdi: "Cəzanızı alacaqsınız" (VİDEO)

Rus general Türkiyəni hədələdi: Cəzanızı alacaqsınız (VİDEO)
Video
Hadisə 1622

Rusiya Hava Qüvvələri komandiri Viktor Bondarev pilot Peskovun cənazəsinin qarşılanma mərasimində Türkiyəyə hədə-qorxu gəlib. BAKU.WS-in məlumatına görə, V. Bondarev Türkiyənin cəzasız qalmayacağını bildirib. "Bu gün Oleg Anatolyeviç Peskovun cənazəsi Rusiya torpaqlarına gətirildi. Vəzifəmizi yerinə yetirərkən daim onu nümunə götürəcəyik. Bu xəyanəti gerçekləşdirənlər isə haqq etdikləri cəzanı alacaqlar”,- deyə Viktor Bondarev bildirib.

Qeyd edək ki, noyabrın 24-də Türkiyəyə məxsusu F-16-lar hava məkanını pozan hərbi təyyarəni Suriya sərhədindəki Kızıldağ bölgəsində vurub. Bundan sonra Türkiyə-Rusiya münasibətlərində gərginlik yaranıb. Hər iki dövlətin başçıları və rəhbər şəxsləri bir-birilərinə qarşılıqlı istihamlar səsləndirib. Ziya Səccad

BAKU.WS

 

Rus general Türkiyəni hədələdi:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər