Daha bir "patı" satan saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən Rayon Polis Şöbəsinin və BDYP İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini Anar Əsədov Siyəzən rayon Zarat stasionar postu ərazisində saxlanılıb.
Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.
Oxşar xəbərlər
Bu şəxslər "patı" satdığına görə tutuldu - FOTO
Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional q...