Cəriməni qayda pozan sürücüyə yox, digərinə yazdılar – Azərbaycanda UNİKAL HADİSƏ - FOTO

Cəriməni qayda pozan sürücüyə yox, digərinə yazdılar – Azərbaycanda UNİKAL HADİSƏ - FOTO
Hadisə 1979
Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazıldı.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 189-cu kilometrliyində baş verib.Belə ki, sürət həddi 60 km/saat olan yolda 110 km/saatla hərəkət edən YPX avtomobilinin əvəzinə radara yolun sağ tərəfində baqajı açıq şəkildə dayanan 90-BO-370 dövlət qeydiyyat nişanlı “Mercedes 190” markalı avtomobil düşüb və cərimə bu avtomobilə tərtib olunub.Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı Trend-ə bildirib ki, belə texniki səhvlər çox nadir hallarda baş verir:“Ümumiyyətlə protokollar avtomatik tərtib olunur. Daha sonra cərimələr çap olunaraq ünvana göndərilir. Ancaq həmin sistemə nəzarət edən şəxslər daha diqqətli olarsa, o məlumatı yoxlayarlarsa, belə səhvlər olmaz".Ekspertin sözlərinə görə, bu cür halla qarşılaşan şəxs protokolun surəti əlavə olunmuş ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir:"Əgər söhbət sürət həddinin pozulmasından gedirsə, irdarədə video görüntü olmalıdır. Həmin videoya baxdıqda fakt aydın şəkildə görünəcək".BAKU.WS
Cəriməni qayda pozan sürücüyə yox, digərinə yazdılar – Azərbaycanda UNİKAL HADİSƏ - FOTO
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər