Çoxmərtəbəli yaşayış binasındakı yanğının təfərrüatı: "Camaat kömək üçün qışqırırdı"
Abşeron Gənclər Şəhərciyində yerləşən çoxmərtəbəli binalardan birində baş verən güclü yanğın ətrafı tüstüyə bürüyüb.
Yanğın hadisəsi binanın 5-ci mərtəbəsindəki mənzillərdən birində qeydə alınıb.
Hadisə zamanı sakinlər dərhal təxliyə olunublar, xəsarət alanların olduğu bildirilir.
Yanğına şahid olan sakinlərdən biri baş verənləri belə təsvir edib:
"Qardaşım burada kirayə qalır. Zəng gəldi ki, ev yanır, dərhal gəldim. Mənzildə bir xanım və bir körpə var idi, onları çıxara bildik. Qolu yanıb, tibb işçiləri sağ olsunlar, lazımi xidmət göstərdilər. Yanğın qonaq otağından başlayıb".
Digər bir şahid isə insanların təşviş içində olduğunu qeyd edib: "Camaat kömək üçün qışqırırdı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına biz xəbər verdik. Yuxarı qalxaraq mənzilləri bir-bir dolaşdıq və sakinlərin təxliyəsinə köməklik göstərdik. Tüstü yuxarı mərtəbələrə yayıldığı üçün orada vəziyyət daha ağır idi".
Sakinlər bildiriblər ki, bu ərazidə hər 2-3 aydan bir fövqəladə hadisələr baş verir. Onların sözlərinə görə, buna əsas səbəb elektrik xətlərinin nasazlığı və təhlükəsizlik qaydalarına düzgün əməl olunmamasıdır.
Oxşar xəbərlər
Abşeron Gənclər Şəhərciyində yanğın olub
Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Halla...