Cəlilabadda təbii fəlakət - əraziyə texnikalar cəlb edilib
17
fev
2019
11:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda ötən gün yağan intensiv yağış çayın daşmasına səbəb olub."Report"un Muğan bürosu xəbər verir ki, təbiət hadisəsi rayonun Sabirabad kəndində baş verib.Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq ətraf ərazilərdə olan evlərin həyət və zirzəmisini basıb. Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb.Hazırda təbiət hadisənin nəticələri aradan qaldırılır və əraziyə texnikalar cəlb edilib.Qeyd edək ki, əvvələr də intensiv yağıntılar zamanı bu çay dəfələrlə daşıb.BAKU.WS
Oxşar xəbərlər
Güclü yağış və külək Bərdədə fəsadlar törətdi - FOTO
Bərdə rayonuna yağan güclü yağış bir sıra fəsadlar törədib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə rayon mərkəzinə və bir...