Cəlilabadda kütləvi zəhərləmə - 5 nəfər xəstəxanaya yerləşdirildi
01
fev
2019
12:29
Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, hadisə rayonda yerləşən "Woodpecker" mebel fabrikində qeydə alınıb.İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib.Hadisə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb. Bunlar - 1987-ci il təvəllüdlü Musayeva Vüsalə İxtiyar qızı, 1985-ci il təvəllüdlü Babayeva Pərvanə Sakit qızı, 1986-cı il təvəllüdlü Cəfərova Lalə Bayraməli qızı, 1981-ci il təvəllüdlü Tağıyeva Fəxriyyə Şəmsəddin qızı və 1970-ci il təvəllüdlü Rzayeva Nazı Səlim qızıdır.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bərdədə bacıların faciəsi: Hər ikisi reanimasiyadadır
Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib. BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.Rayon sakinləri - 200...