Azərbaycanda nişan məclisində kütləvi zəhərlənmə oldu
13
avq
2018
08:55
Mingəçevirdə məclisdə mədə bağırsaq pozuntusu keçirən 7 nəfər xəstəxanaya yerləşdirilib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Günəşli yaşayış massivində keçirilən nişan mərasimində baş verib. Belə ki, qonaqlar arasında kütləvi mədə bağırsaq pozuntusu yaşanıb. Halı pisləşən 10-a yaxın məclis iştirakçısı xəstəxanaya çatdırılıb. Həmin şəxslərdən durumu daha ciddi olan 7-si xəstəxanaya yerləşdirilib.Onlar aşağıdakılardır:Aşurov Osman Şahlar oğlu 2004-cü il təvəllüdlü Mingəçevir şəhər sakiniAşurova Xumarə Anar qızı 1996-cı il təvəllüdlü Ağdaş rayon sakiniAşurova Mətanət Ramiz qızı 1982-ci il təvəllüdlü Ağdaş rayon sakiniAşurova Səidə Şahlar qızı 2003-cü il təvəllüdlüNəbiyeva Zinyət Ələddin qızı 1961-ci il təvəllüdlü Mingəçevir şəhər sakiniMirzəliyeva Şəfa Elnur qızı 1952-ci il təvəllüdlü Mingəçevir şəhər sakiniMirzəliyeva Şəfəq Təhməz qızı 2014-cü il təvəllüdlü Mingəçevir şəhər sakiniƏldə edilən ilkin məlumata görə qonaqlarda mədə pozuntusu ” Paytaxt "salatından istifadə olunandan sonra baş verib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Ana və qızı qarpızdan zəhərləndi
Neftçalada iki nəfər qarpızdan zəhərlənib. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində baş verib. Belə ki, kənd sakini,1966-cı i...