Cəlilabadda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

02
iyn
2018
00:33
Cəlilabad rayonu ərazisində ağır yol qəzası baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Göytəpə şəhərində yük maşını mikroavtobusla toqquşub.İlkin məlumata əsasən, yol qəzasında 8 nəfər yaralanıb. Yaralılardan beşi Masallı Rayon Mərkəzi Xəstəxanasına, üçü isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sonuncu xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib. Hadisə nəticəsində ölən və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir.Yaralılar Cəlilabad və Masallı Rayon xəstəxanalarına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
Cəlilabadda kütləvi dava olub, xəsarət alan var
Cəlilabad sakini döyülüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə tanışlar arasında düşən kütləvi dava zamanı baş verib.Döyülən şəxs rayonun Babaxanlı k...