Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) iyulun 12-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 33 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər tutulub
Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidm...
