Ötən gün axtarışda olan 36 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 36 nəfər saxlanılıb
Hadisə 65

Daxili İşlər Nazirliyi (DİN) mayın 3-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 26 cinayətin üstünü "isti izlər"lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Gün ərzində narkotiklə əlaqəli 14 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Oxşar xəbərlər

Bayram günü yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Bayram günü yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Daxili İşlər Nazirliyi mart ayının 20-dən 22-dək daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb. Daxi...

130 Hadisə 11:40 22 mart 2021

Son xəbərlər