Axtarışda olan 55 nəfər tutuldu

Axtarışda olan 55 nəfər tutuldu
Hadisə 201

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 10 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Oxşar xəbərlər

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 21 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU....

81 Hadisə 17:27 04 dekabr 2020

Son xəbərlər