Cib telefonunu udan məhbus həkimləri şoka saldı (VİDEO, FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
İrlandiyada 29 yaşındakı məhbus cib telefonunu udduğu üçün xəstəxanaya aparılıb.
BAKU.WS-in məlumatına görə, cihazın həzm yolu ilə çıxmamasından sonra həkimlər məhbusu əməliyyat edib. Telefonu udduqdan sonra qusmağa başlayan şəxsin psixoloji problemləri olduğu üçün bu addımı atdığı bildirilib.
Həkimlər X-ray rentgeni ilə məhkumun qarnındakı telefonu müşahidə ediblər. 18 saat gözləyən həkimlər telefonun təbii yollarla çıxarılması üçün çalışıblar. Ancaq cəhdləri uğursuz olduğu üçün məhkum əməliyyat edilib.
İddiaya görə, udulan telefon bazardakı ən kiçik cib telefonudu.
BAKU.WS
Oxşar xəbərlər
Telefonun ekranındakı cızıqları yox etməyin unikal yolu (VİDEO)
Gündəlik olaraq istifadə etdiyiniz telefonunuzun ekranı bir müddət sonra cızılır. Mobil telefonunuzu cızıqlardan qorumaq üçün sizə unikal variant təqdim edirik....