24 barmaqlı uşaq həkimləri şoka saldı (FOTO, VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə 24 barmaqlı uşaq dünyaya gəlib.
BAKU.WS-in məlumatına görə, Mardinin Kızıltepe bölgəsində yaşayan qadın uşağını sətəlcəm olduğu üçün xəstəxanaya aparıb. Həkimlər 4 aylıq körpəni görəndə şok olublar. Belə ki, Gülüstan və Ramazan Alıcıoğlu ailəsinin Miray adlı körpəsinin əl və ayaqlarında 6 barmaq olduğu məlum olub.
Kızıltepe Dövlət Xəstəxanasında uşağa sətəlcəm diaqnozu qoyulub. Həkim Natiq Kılıç 100 min canlıdan 8-də rast gəlinən bu qeyri-adi hadisənin hansısa xəstəlik səbəbindən baş verdiyini bildirib.
"Xüsusilə cütlüklərdə ürək və böyrək xəstəlikləri uşaqlarda bu cür xəstəliklər yaradır. Xəstəlik uşağın hərəkətlərinə maneə olmadığı müddətcə cərrahi müdaxiləyə ehtiyac yoxdur", - deyə həkim söyləyib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda toya hazırlaşan şəxslərin 20-də QİÇS çıxdı
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən bu ilin iyunun birindən nikaha daxil olmaq istəyən şəxslər məcburi şəkildə tibbi müayinədən keçirlər. Bu qərarda...