Cəlilabadın beş kəndinin sakinləri qaz probleminin həllini gözləyirlər

Cəlilabadın beş kəndinin sakinləri qaz probleminin həllini gözləyirlər
Foto
Hadisə 21

Cəlilabad rayonunun Qarakazımlı, Sarxanlı, Moranlı, Zərbəli və Dələli kəndlərinin sakinləri yaşadıqları ərazidə təbii qaz olmamasından əziyyət çəkirlər.

BAKU.WS report-a istinadən xəbər verir ki, problem ümumilikdə 5 minə yaxın əhalini əhatə edir.

"Bizim kəndlər rayon mərkəzindən təxminən 35 kilometr məsafədə, dağətəyi ərazilərdə yerləşir. Çox sərt keçən qış aylarında yanacaq və istiliyin təmin edilməsi üçün əsasən odun və maye qazdan istifadə etməli oluruq. Artıq bağlarda kəsməyə ağac qalmayıb, məcbur olub odunu pulla alırıq. Hazırda bir kubmetr odunun qiyməti 25 manata yaxındır, bu da əlavə xərc deməkdir. Təəccüblüdür, yaxınlıqdakı Gülməmmədli kəndinə qaz xətti çəkilib, amma nədənsə, bizim bu beş kənd hələ də qazsızdır", - deyə onlar qeyd edib.

Sakinlər problemlə əlaqədar dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin hələlik müsbət nəticə əldə olunmadığını deyiblər.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, regionlarda qaz təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir: "Cəlilabad rayonunun "mavi yanacaq"la təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması məsələsinə "Azəriqaz"ın mövcud maliyyə imkanları çərçivəsində növbəti illərdə baxılacaq".

Son xəbərlər