Cəlilabadda hoteldə baş verən yanğın söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda oteldə baş verən yanğın söndürülüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayon ərazisində fəaliyyət göstərməyən ikimərtəbəli hotelin 2-ci mərtbəsində bir otaqda yanğın qeydə alınıb:
"Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb".
***16:07
Cəlilabad şəhərindəki otellərdən birində yanğın başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...