Cəlilabadda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, baş verən qəzada yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olublar.
Belə ki, qəza zamanı «Qazel» markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə mikroavtobus yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə ilə bağlı son məlumata görə, 8 nəfər xəstəxanaya müraciət edib, onlardan 3 nəfərinin vəziyyəti ağırdır.
Yaralılar fərdi və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
İlkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun sükanında yaranmış problem olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda mikroavtobus qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-...