Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin Aytel Əbdürrahmanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ölən və yaralananların ailə üzvü olduqları və toya getdikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Keçmiş prokurordan sensasion xatirələr: İllərlə açılmayan qətlin sirri necə üzə çıxdı?
"Mən həmişə ölüm hökmünün əleyhinə olmuşam. Çünki elə işlərdə cinayəti törədən şəxsdə çox sirlər olur, həmin məsələləri ondan başqa heç kim bilmir. Cinayəti tör...