Cəlil Nəzərov azadlığını qorusa da, istirahət mərkəzini itirdi - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasının korrupsiyada ittiham olunan sabiq baş həkimi Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın məhkəməsi yekunlaşıb. Bir neçə gün əvvəl elan edilmiş hökmə əsasən, hər iki müttəhimə şərti cəza verilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlil Nəzərovun Masallı rayonunun Miyankü kəndində yerləşən "Qamo" İstirahət Mərkəzi dövlət nəfinə müsadirə edilib.
Cənub zonasının məşhur istirahət mərkəzinin bazar dəyəri 1 milyon manatdan çoxdur. 68 yaşlı həkim mərkəzi oğlu Xaliq Nəzərovun adına rəsmiləşdirib. Mediada yayılan məlumatlarda yazılır ki, Masallının və ətraf rayonların vəzifəli şəxsləri vaxtaşırı istirahət mərkəzinin qonağı olublar.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ardıcıl iki dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirib. Birinci əməliyyatdan sonra baş həkim Cəlil Nəzərov və Təranə Əliyeva cinayət məsuliyyətinə cəlb ediliblər. Onlar vəzifə saxtakarlığı etməklə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham ediliblər.
İkinci əməliyyat zamanı isə sözügedən xəstəxanada daha sonrakı baş həkim Eşqin Əliyev korrupsiyada ittiham edilib, ona bir neçə ay əvvəl 8 il 6 ay həbs cəzası verilib.
Oxşar xəbərlər
Vilyam Hacıyevin 6 milyon manatlıq əmlakı müsadirə edilib - SİYAHI
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulan əmlaklarının müsadirə edilməsi barə...