Cəbrayılda sərhədçilər qəzaya düşüb, ölən və xəsarət alanlar var

21
noy
2022
18:09
Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları qəzaya düşüb, sərhədçi ölüb.
Bu barədə BAKU.WS-ə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, hadisə bu gün rayonun Şükürbəyli kəndində qeydə alınıb.
Belə ki, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.
Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.
Oxşar xəbərlər
DSX akademiyasının X buraxılışı münasibətilə mərasim keçirilib - FOTO
Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. DSX-nın mətbuat mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Azə...
