"By Ella" ləqəbli bloqer hava limanında həbs edildi

By Ella ləqəbli bloqer hava limanında həbs edildi
Hadisə 126

Sosial şəbəkələrdə "By Ella" ləqəbi ilə tanınan bloqer hava limanında saxlanılıb.

BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, Lalə İlham qızı Məmmədova məhkəmə qarşısına çıxarılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, əgər onun bu əməli sübuta yetirilərsə, qadın bloqeri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər