Bulvarda dekorativ ağaca zədə vuran qadın cərimələnib - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə. (ad, soyadı şərti) cərimələnib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, qadın 75 manat məbləğində cərimə olunub.
***16:33
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə.-nin (ad, soyadı şərti) barəsində inzibati protokol tərtib edilib.
Bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, qadının barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hazırda protokol hakim Ülviyyə Şükürovanın icraatına verilib.
Qeyd edək ki, Ə.M.-ni əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya 15 günədək müddətə inzibati həbs cəzası gözləyir.
***10:52
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.
O, izahatında törətdiyi əməli etiraf edib.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Məşhur klinikaya cərimə protokolu yazılıb
Bakıda klinikaya cərimə protokolu yazılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, “Avrasiya" klinikası MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətal...