Bu gün Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra hakimiyyəti məlumat yayıb.
Verilən məlumata görə, Ağdaş rayonu ərazisində Dəhnəxəlil Qaz Paylayıcı Stansiyadan qidalanan qaz xətlərinin üzərində qaz ölçü qovşaqlarının quraşdırılması ilə əlaqədar olaraq bu gün səhər saatlarından işlər yekunlaşanadək Dəhnəxəlil 1-ci xətt ölçü qovşağından qidalanan RDUK-200 tipli qaz tənzimləyici qurğudan (Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə 2616 abonent) qaz təchizatı dayandırılacaq.
Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...