Braziliyalı idmançı Bakıdakı evinə fahişələri çağırdı və şok yaşadı

Braziliyalı idmançı Bakıdakı evinə fahişələri çağırdı və şok yaşadı
Hadisə 10425

Azərbaycanın futzal üzrə yığma komandasının oyunçusu qızlarla əylənmək istədi, oyananda isə qarət olunduğunu gördü. 

BAKU.WS-nin Sputnik.az saytına istinadən verdiyi məlumata görə, xoşagəlməz hadisə Bakı şəhəri Nərimanov rayonunda yaşayan Braziliya vətəndaşının başına gəlib. 8 fevral tarixində polis bölməsinə 2014-cü ildən futzal üzrə Azərbaycan yığma komandasının oyunçusu 1987-ci il təvəllüdlü Fineo de Araujo polis bölməsinə şikayət edib. O həmçinin "Araz- Naxçıvan" futzal klubunun da oyunçusudur. Zərərçəkənin sözlərinə görə, 5 fevralda o bir balaca əylənmək məqsədilə yaşadığı evə seks-industriya nümayəndələrini çağırıb. Qızların adı Nuray və Könül olub. Futbolçu hər qıza 100 manat verib. Əsl əyləncə isə futbilçu yatdıqdan sonra başlayıb.

Fineo yuxudan oyandıqda qızların evdə olmadıqlarını görüb. Sonradan məlum olub ki, evdə olan 14 min manat da yoxa çıxıb. Hazırda əməliyyatçılar oğurluqda şübhəli bilinən şəxslərin axtarışındadırlar. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Jurnalistin yaşadığı ev qarət olundu

Jurnalistin yaşadığı ev qarət olundu

APA informasiya agentliyinin əməkdaşı Mübariz Aslanovun yaşadığı ev qarət olunub. Bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, mayın 17-də ki...

1153 Hadisə 11:21 18 may 2016

Son xəbərlər