BNA əməkdaşları sürücüyə problem yaratdı: 2 saat avtomobilini axtardı - VİDEO

BNA əməkdaşları sürücüyə problem yaratdı: 2 saat avtomobilini axtardı - VİDEO
Video
Hadisə 882

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları ilə daha bir sürücü arasında xoşagəlməz hal yaşanıb.

BAKU.WS xəbər verir ki, bu dəfə paytaxt sakinlərindən biri avtomobili saxladığı yerdə tapa bilməyib.

Sürücü bildirir ki, avtomobilini "Hilton" otelinin qarşısında saxlayaraq tədbirə qatılıb. Bir neçə saatdan sonra qayıtdıqda "90-HP-341" dövlət nişanlı avtomobilini tapa bilməyib.

Məlum olub ki, BNA əməkdaşları onun avtomobilini ərazidən aparıb. Sürücü bir neçə cərimə meydançasına baş çəksə də, avtomobilini tapa bilməyib. Nəticədə 102-yə zəng edərək polis əməkdaşlarından yardım istəyib. 102 əməkdaşlarının müdaxiləsi ilə avtomobilin aparıldığı yer müəyyənləşib.

Sürücüyə avtomobili tapmaq üçün 2 saat vaxt lazım olub.

Oxşar xəbərlər

Son xəbərlər