Bir ailəni məhv edən şəxsi polis öldürdü: dəhşətli hadisənin təfərrüratları (VİDEO)

Bir ailəni məhv edən şəxsi polis öldürdü: dəhşətli hadisənin təfərrüratları (VİDEO)
Video
Hadisə 17887
 

Hacıqabulda evə basqın edərək bir ailənin dörd üzvünü öldürən şəxs polis tərəfindən zərərsizləşdirilib.

BAKU.WS reporta istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü, Hacıqabul şəhər sakini Mübariz Qibləli oğlu Mehdiyevlə Qəmbərovlar ailəsi arasında mübahisə Rusiya Federasiyasından başlayıb. Bir neçə gün bundan əvvəl Rusiyadan qayıdan M.Mehdiyev Qəmbərovlar ailəsinin yaşadığı evə basqın edərək odlu silahla 4 nəfəri öldürüb 1 nəfəri isə yaralayıb. M.Mehdiyev polis tərəfindən mühasirəyə alınıb və öldürülərək zərərsizləşdirilib.

Silahlı basqın nəticəsində ölən şəxslər bunlardır:

1988-ci il təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov;

1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qəmbərov;

1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qəmbərova;

1958-ci il təvəllüdlü Bibilər Malik qızı Qəmbərova;

1971-ci il təvəllüdlü Mübariz Qibləli oğlu Mehdiyev (evə silahlı basqın edən şəxs).

Yaralanan:

1947-ci il təvəllüdlü Məmməd Əliağa oğlu Qəmbərov.

BAKU.WS

Son xəbərlər